Sunrise Hotel haqqında

Sunrise Hotel klassik dizayn məktəbinin əla nümunəsidir. Gözqamaşdırıcı interyer, qulluqpərəst işçi heyətimiz və mükəmməl xidmət otelimizi şəhərin ən yaxşılarından biri edir.
Otelin əlverişli yerdə yerləşməsi Sunrise otelini logistika baxımından da əlverişli edir. Şəhərin düz mərkəzində yerləşən Sunrise Hotel aktiv həyat tərzi yaşayanlar üçün və ya şəhərin əsas görməli yerlərini ziyarət etmək istəyən xarici qonaqlar üçün əla seçimdir. Biznes, ticarət və əyləncə, mədəniyyət mərkəzləri, Dənizkənarı Bulvar, Fəvvarələr Meydanı – bütün bunlar əlinizin altında olacaq.
Sunrise otelinin qonaqlarının əlavə rahatlığı üçün isə biz taksi sifarişi və fərdi parkinq xidmətlərini təklif edirik.
Otelimizin nömrələrində qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Otaqlar kondisioner sistemi, kabel televiziyası, İnternet ilə təchiz edilib. Otelimizdə siqarət çəkən və çəkməyən qonaqların maraqları da nəzərə alınıb. Biz tərəfdən həmçinin otaqların 24 saat ərzində xidməti, camaşırxana və quru təmizləmə xidmətləri, fərdi parkinq, görüşlərin və tədbirlərin təşkili, restoran və bar kimi xidmətlər təqdim olunub.

[]
1 Step 1
Ad
Əlaqə telefonu
Gəlmə tarixi
Getmə tarixi
+99412 561 40 80 / 055 557 98 98 info@sunrise.az reception@sunrise.az
Previous
Next